bazar 10 may 2026 - 17:51
Müsəlmanlar və dünya azadlıqsevərləri Livanın Hizbullah hərəkatını dəstəkləsinlər

Həzrət Ayətullah Nuri Həmədani uşaq qatili olan sionist rejiminin Livana qarşı son hücumlarını pisləyərək bütün müsəlmanları və dünya azadlıqsevərlərini Livanın Hizbullah hərəkatına tam dəstək verməyə çağırıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Nuri Həmədani uşaq qatili olan sionist rejiminin Livana qarşı son hücumlarını qətiyyətlə pisləyərək vurğulayıb ki, bütün müsəlmanlar və dünya azadlıqsevərləri bu təcavüz və cinayət qarşısında qəti mövqe sərgiləməli, Livan xalqına, xüsusilə də Hizbullah hərəkatına tam dəstəklərini bəyan etməlidirlər.

Ayətullah Nuri Həmədaninin bəyanatının tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Livanda sionist rejimin həyata keçirdiyi genişmiqyaslı hücumları bu qəddar və uşaq qatili olan rejimin qeyri-insani mahiyyətinin açıq təzahürüdür və bu iş dərin təəssüf hissi doğurur.

Bu cinayət ABŞ-ın terrorçu hökumətinin birbaşa dəstəyi, bəzi ərəb və İslam ölkələrinin, eləcə də saxta insan haqları müdafiəçilərinin susqunluğu ilə həyata keçirilir.

Bütün müsəlmanlar və dünya azadlıqsevərləri bu təcavüz və cinayət qarşısında qəti mövqe tutmalı, bu hücumları pisləməli, eləcədə Livan xalqına, xüsusilə də öz ölkəsini və xalqını müdafiə yolunda mətanət və şücaətlə mübarizə aparan Hizbullah hərəkatına tam dəstəklərini elan etməlidirlər.

10 may 2026

Ayətullah Nuri Həmədani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha